Batumidə Türkiyə tərəfindən axtarılan 2 cinayətkar silahla tutuldu
Daxili İşlər Nazirliyinin Acariya Polis Departamentinin əməkdaşları Türkiyə Respublikası tərəfindən axtarışda olan 2 nəfəri qrup halında qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və sərhədi qanunsuz keçmə ittihamı ilə saxlayıblar.
XEBER.GE xəbər verir ki,məlumatı Daxili İşlər Nazirliyi yayır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış mənzilində axtarış apararkən maddi sübut kimi odlu silah və döyüş sursatı, o cümlədən 2 tapança, 3 daraq və 129 patron götürüblər. Saxlanılan hər iki şəxsin müxtəlif ağır cinayətlərə görə axtarışda olduğu müəyyən edilir.
İstintaq Cinayət Məcəlləsinin 236-cı və 344-cü maddələri ilə aparılır ki, bu da 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.