Xaricdən göndərilən mopeddə gizlədilmiş 619 ədəd “Subutex” aşkarlanıb – DİN bir nəfəri saxlayıb

Sep 8, 2025 - 13:04
 0  16

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1983-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş Q.Z. külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamağa cəhd göstərməkdə ittiham olunaraq saxlanılıb.

Qanunvericiliyə əsasən, bu əməl 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirliyin açıqlamasında qeyd olunur ki, xaricdən göndərilmiş mopeddə gizlədilmiş 619 ədəd “Subutex” həbi aşkarlanıb. İstintaqla müəyyən edilib ki, Q.Z. məhz həmin gizli yerdən külli miqdarda narkotik vasitəni götürməyə çalışarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, aşkarlanmış 619 ədəd “Subutex” maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 19-260-cı maddəsinin üçüncü hissəsinin “a” bəndi ilə istintaq aparılır. Bu maddə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməyə və saxlamağa cəhd kimi qiymətləndirilir.

mənbə: marneulifm