Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib
Gürcüstan parlamentinə ziyarətçilərin girişi bu gün məhdudlaşdırılıb - yaz sessiyasının başlaması ilə əlaqədar sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib.
Yeni seçilmiş parlamentin ilk iclasında Gürcüstan Prezidenti Mixail Kavelaşvili aktual məsələlər barədə məruzə ilə çıxış edəcək.
"Bu tədbirlərin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz mühitin təmin edilməsidir", - qanunverici orqanın bəyanatında qeyd olunub.
Planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə və plenar iclaslara yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunan şəxslər buraxılacaq.
Parlament tədbirləri başa çatanadək ali qanunvericilik orqanının binasına yalnız akkreditə olunmuş KİV nümayəndələri buraxılır.
mənbə: report