Xamenei sağlamdır və ölkəni idarə edir

Apr 9, 2026 - 21:49
Apr 9, 2026 - 21:50
 0  15
Xamenei sağlamdır və ölkəni idarə edir

İranın ali lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə edir.

 Xeber.ge xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“O, sağlamdır və hər şeyə nəzarət edir”, - Xətibzadə bildirib.

Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq xarici işlər nazirinin müavini bunun hazırkı son dərəcə təhlükəli vəziyyətlə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın hərbi naziri Pit Heqset İranın dini lideri Müctəba Xameneinin əlil qaldığını bildirmişdi.

mənbə: axar,az