Videoçəkilişin qadağan olunması məhkəmələrdə baş verənlərə Parlamentin cavabı idi

Mübahisəli Parlament sədri Şalva Papuaşvili bildirib ki, məhkəmə zallarında, dəhlizlərdə və həyətlərdə videoçəkilişin
qadağan edilməsi Parlamentin orada baş verən “isterikaya” cavabı idi. Onun sözlərinə görə, baxmayaraq ki, iclaslarda foto və video çəkiliş qadağan edilib, “Gürcü Arzusu”nun liderlərindən biri iddia edir ki, “ictimaiyyətə açıqlıq problemi yoxdur” və “işıqlandırmada heç bir problem yaşanmır”.
“Bu, düzgün qərar idi, təbii ki, ictimaiyyətə açıqlıqla bağlı heç bir problem yoxdur. İstəyən istənilən şəxs məhkəmə proseslərində iştirak edə bilər. O cümlədən jurnalistlər də iştirak edirlər, işıqlandırmaya da heç bir maneə yoxdur – xəbərlər çatdırılır və demək olar ki, hər dəqiqəlik məlumat verilir. Məhkəmələr sakit bir mühitdə keçirilir. Ümumilikdə, qazanan cəmiyyətimiz və ədalətli məhkəmə prinsipidir,” – deyə Papuaşvili bildirib.
O, məhkəmədə videoçəkilişin qadağan olunması ilə bağlı verilən sualı səfirliklər və donor təşkilatların fəaliyyətini neqativ kontekstdə təqdim etmək üçün istifadə etdi:
“Bu, qanunverici orqanın o hər şeyə verdiyi reaksiyası idi ki, biz görürdük – bəzi səfirliklərin və donorların kənardan təşviq etdiyi davranış, nəticədə məhkəmə zallarında isterikaya səbəb olurdu. Bu isə ilk növbədə məhkəmə prosesinə zərər vurur, çünki isteriya şəraitində ədalətli məhkəmə mümkün deyil.”
Keçən həftə “Gürcü Arzusu” mübahisəli Parlamentdə bir qanun qəbul etdi ki, mediaya məhkəmə həyətində, dəhlizlərdə və iclas zallarında foto və video çəkiliş qadağan olunur. Qanuna əsasən, xüsusi icazəni Ali Ədliyyə Şurası verir, lakin bu günə qədər heç bir media orqanı bu icazəni ala bilməyib.
Bu qərar, Avropayönlü etiraz aksiyalarında həbs olunan onlarla nümayişçinin hökmünün açıqlanacağı tarixlərə yaxın zamanda qəbul olunub.
mənbə: marneulifm