Əgər əfv olunmaq istəyirsinizsə və seçkilərdə iştirak edəcəksinizsə

Jul 5, 2025 - 12:23
 0  23
Əgər əfv olunmaq istəyirsinizsə və seçkilərdə iştirak edəcəksinizsə

Əgər əfv olunmaq istəyirsinizsə və seçkilərdə iştirak edəcəksinizsə – sizi əfv edəcəyəm – Kavelaşvilidən həbsdə olan müxalifətçilərə çağırış

Mixeil Kavelaşvili həbsdə olan siyasətçilərə təklif edib ki, yerli özünüidarəetmə seçkilərində iştirak edəcəklərini “təsdiqləsinlər”, ondan əfv tələb etsinlər və bu halda onları əfv edəcəyinə söz verir.

Əfv olunmaq istəyən bütün müvafiq siyasi məhkumlara təklif edirəm ki, mənə rəsmi ərizə ilə müraciət etsinlər və həmin ərizədə seçkilərdə iştirak etmək niyyətlərini də təsdiqləsinlər. Belə bir müraciət daxil olduqda, dərhal həmin məhkumların əfvi haqqında akt imzalayacağam, – deyə Mixeil Kavelaşvili 4 iyulda "Facebook"-da yaydığı bəyanatda yazır.


Seçkilər üç aydan sonra, 2025-ci il oktyabrın 4-nə təyin olunub. Lakin müxalifətin bir hissəsi (səkkiz siyasi partiya) bu seçkiləri boykot etdiyini elan edib.

Qavelaşvili bəyan edir ki, “bu seçkilərdə Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və seçkilərdə iştirak etmək istəyən bütün siyasi partiyaların tam şəkildə iştirakı vacibdir.”

O cümlədən, hər bir siyasi partiyanın seçki kampaniyasını tam şəkildə apara bilməsi də vacibdir”, – deyə o yazır. Partiyaların və siyasi liderlərin bu açıqlamaya reaksiyasından sonra məlumat yenilənəcək.

Yerli özünüidarəetmə seçkilərinə dörd ay qalmış, səkkiz siyasətçi eyni vaxtda həbsdədir.

Onlardan 6-sı müxtəlif müxalifət partiyalarının lideridir.

Bir hissəsi əvvəlcədən istintaq təcridxanasında saxlanılırdı, lakin 4 iyula olan məlumata görə, səkkiz nəfərin hamısına artıq həbs cəzası verilib.

Onlardan ikisi – Badri Caparidze və Mamuka Xazaradze – yerli seçkilərdə partiya ilə iştirak etməyi planlaşdırırlar.

Bu şəxslərin hamısı parlamentin istintaq komissiyasına getmədiklərinə görə həbs olunublar – həmin komissiyanın legitimliyini onlar tanımırlar.

Söhbət aşağıdakı şəxslərdən gedir:

Nika Melia (“Yeni” / “Dəyişiklik üçün Koalisiya”)

Nika Qvaramia (“Yeni” / “Dəyişiklik üçün Koalisiya”)

Zurab Girçi Caparidze (“Yeni” / “Dəyişiklik üçün Koalisiya”)

Mamuka Xazaradze (“Lelo” / “Güclü Gürcüstan”)

Badri Caparidze (“Lelo” / “Güclü Gürcüstan”)

Giorgi Vaşadze (“Strategiya Aqmaşenebeli” / “Vəhdət – Vahid Milli Hərəkat”)

İrakli Okruaşvili (keçmiş müdafiə naziri)

Givi Tarqamadze (Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin keçmiş sədri, sabiq siyasətçi)


Seçkilərdə iştirakdan imtina etdiklərini bəyan edən səkkiz partiya – öz sözləri ilə desək – “qondarma yerli özünüidarəetmə seçkilərində” iştirak etməyəcəklərini bildirirlər. Onların fikrincə, bu seçkilərdə iştirak “qanunsuz rus rejiminin legitimlik görüntüsünü yaradacaq”.

Bu partiyalar aşağıdakılardır:

“Azadlıq Meydanı” (“Güclü Gürcüstan” koalisiyasının keçmiş üzvü)

“Avropalı Gürcüstan”

“Vahid Milli Hərəkat”

“ Ağmaşenebeli Quruculuğu”

“Axali”

“Qirçi – Daha çox azadlıq”

“Droa”

“Federalistlər”

mənbə: marneulifm