Veradakı silahlı qarşıdurma yaralananlardan biri təsadüfi yoldan keçəndir-VİDEO

Jul 22, 2026 - 22:53
 0  46

Tbilisinin Vera məhəlləsində baş verən qanlı atışmanın yeni təfərrüatları bəlli olub.

Hadisə nəticəsində yaralanan 3 nəfərdən birinin təsadüfi yoldan keçən qadın olduğu ortaya çıxıb. Qadın küçədə hərəkət edərkən gülləyə tuş gəlib.

XEBER.GE xəbər verir ki, yaralanan digər iki gəncin şəxsiyyəti və vəziyyəti ilə bağlı bəzi təfərrüatlar məlum olub:

Yaralanan gənclərdən biri 18 yaşlı gənc, digəri isə azyaşlıdır.

Yaralılardan biri dərhal Xeçinaşvili adına Universitet Klinikasına götürülüb.

Daxili İşlər Nazirliyindən rəsmi məlumatın alınması istiqamətində işlər davam etdirilir, xəbər yenilənəcək.