Veradakı qanlı atışmanın təfərrüatları

Jul 23, 2026 - 12:03
 0  36
Veradakı qanlı atışmanın təfərrüatları

Tbilisinin mərkəzində, Vera məhəlləsində baş verən silahlı insident nəticəsində həyatını itirən gəncin şəxsiyyəti məlum olub. Məlumata görə, vəfat edən şəxs 17 yaşlı Nikoloz Qunaşvilidir.

XEBER.GE xəbər verir ki, aldığı ağır və həyatla bir araya sığmayan güllə xəsarətləri nəticəsində 17 yaşlı yeniyetmə ötən gün Təcili Tibbi Yardım Departamentində dünyasını dəyişib.

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən Nika Kapanadze artıq hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Xüsusi təyinatlı polis dəstəsi onu anasına məxsus oteldə keçirilən xüsusi əməliyyat zamanı saxlayıb.

Yerli sakinlərin verdiyi məlumatlara görə, faciə 22 iyul tarixində Şanidze küçəsində baş verib. Hadisənin dəhşətli təfərrüatları bəlli olub:

Yaxınlıqdakı otelin sahibi olan Nikoloz Kapanadze küçədəki gənclərin ucadan gülməsinə və hündürdən danışmasına əsəbləşib.

Əsəblərini cilovlaya bilməyən Kapanadze gənclərin ünvanına azı 10 dəfə atəş açıb.

Gülləbaranın qurbanı yalnız gənclər olmayıb. Küçədən taksi ilə keçən bir qadın da təsadüfi "kor güllə"yə tuş gələrək yaralanıb. Ümumilikdə insident zamanı 3 nəfər xəsarət alıb.

"Helsikor" klinikasından verilən bəyanata əsasən, atışma zamanı yaralanan digər iki gəncin səhhəti hazırda stabildir.

Həkimlər yaralanan hər iki şəxsin üzərində uğurlu əməliyyat əməliyyat aparıldığını və hazırda onların həyatı üçün hər hansı təhlükənin olmadığını bildiriblər.