Gürcüstanın bir neçə şəhərində elektrik enerjisi kəsilib

Jul 24, 2026 - 01:10
 0  12
Gürcüstanın bir neçə şəhərində elektrik enerjisi kəsilib

Gürcüstanın bir sıra şəhərlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Xeber.ge xəbər verir ki, elektrik kəsintisi Tbilisi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrini əhatə edib.

Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumata görə, Rustavi və Batumi şəhərlərində də elektrik enerjisinin verilişi dayanıb.

Hazırda kəsintinin səbəbi rəsmi olaraq açıqlanmayıb. "Interpressnews" agentliyi məsələ ilə bağlı Gürcüstan Dövlət Elektrik Sistemi ilə əlaqə saxladığını və rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə təqdim ediləcəyini bildirib.

mənbə: report