Varşavada Belarus vətəndaşını döyüb qaçırmaq istəyən gürcülər tutuldu
25 yaşlı vətəndaşa qarşı edilən hücuma, Belarus vətəndaşını qarət etməyə və qaçırmağa cəhd göstərməyə görə ittiham olunan gürcülər Varşavada saxlanılıblar.
XEBER.GE xəbər verir ki, məlumatı Polşanın "RMF FM" radiosu yayır.
Yayılan xəbərlərə görə, hadisə iyulun sonunda Varşavanın Oxota rayonunda baş verib. Axşam saatlarında bankomata pul yatırarkən 25 yaşlı kişiyə bir neçə şəxs hücum edib. Hücum edənlər Belarus vətəndaşını yerə yıxaraq amansızcasına döyüblər və onu zorla avtomobilə oturtmağa çalışıblar.
"RMF FM"-in məlumatına görə, hücum edənlər 25 yaşlı kişidən mobil telefonu və pul kisəsini alıblar.