Təyyarədə 7 800 dollar və 4 450 avro oğurlayan 2 nəfər saxlanıldı

Aug 10, 2026 - 14:33
 0  13
Təyyarədə 7 800 dollar və 4 450 avro oğurlayan 2 nəfər saxlanıldı

Hüquq-mühafizə orqanları oğurluq ittihamı ilə Çin Xalq Respublikasının 2 vətəndaşını saxlayıb.

XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təqsirləndirilən şəxslər reyslərdən birində uçuş zamanı təyyarənin göyərtəsində olan iki sərnişinə məxsus 7 800 ABŞ dolları və 4 450 avronu qanunsuz olaraq ələ keçiriblər.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlilərin şəxsiyyətini qısa müddətdə müəyyənləşdirib və onları elə hava limanının ərazisində saxlayıblar.

Oğurlanmış pul maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsi ilə aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.