“Babilo” restoranının qarşısında vəziyyət gərginləşir
Restoranın qarşısında aksiyanın iştirakçılarını həbs etməyə başlayıblar və artıq bir neçə nəfər saxlanılıb.
Xüsusilə, bir hakimin polis avtomobili ilə ərazidən uzaqlaşdırılması aksiyanın iştirakçılarının etirazına səbəb olub. Məhz həmin anda polis aksiya iştirakçısını avtomobilə mindirərək ərazidən uzaqlaşdırıb.
“Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlar inzibati qaydada tutulublar. Onlar yolun hərəkət hissəsini bağlayır və polisə təhqir edirdilər,” – aksiya yerində olan hüquq-mühafizə orqanları bildirib.
“Niye saxlayırsınız, qullar?”, “Buraxın onları” – aksiyanın iştirakçıları belə şüarlar səsləndiriblər.
mənbə: interpress