Uşaqlara zorakılığa görə ömürlük həbs cəzası
Batumidə yetkinlik yaşına çatmayanların zorlanması və əxlaqsız əməllər törətməkdə təqsirli bilinən şəxsə ömürlük həbs cəzası verilib.
XEBER.GE xeber verir ki, Batumi Şəhər Məhkəməsi qərar qəbul edib. Prokurorluğun məlumatına görə, məhkəmə təqsirləndiriləni ittihamın tam həcmində günahkar hesab edib.
Nazirlik bildirib ki, şübhəli 2025-ci il noyabrın 6-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsi “g” bəndi (yetkinlik yaşına çatmayanın zorlanması, zərərçəkmişin aciz vəziyyətindən istifadə edərək) və 141-ci maddənin 2-ci hissəsinin “d” və “v” bəndləri (14 yaşına çatmamış iki uşağa qarşı əxlaqsız əməllər) ilə ittiham irəli sürülüb.