Abaşada banka silahlı basqın

Jul 3, 2026 - 15:23
 0  8
Abaşada banka silahlı basqın

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları tərəfindən quldurluq cinayəti törətməkdə şübhəli bilinən bir şəxs saxlanılıb.

 XEBER.GE xəbər verir ki, hadisə bu gün — 3 iyul tarixində Abaşa bələdiyyəsində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs "Gürcüstan Bankı"nın yerli filialına silahlı basqın edərək ov tüfəngindən bir dəfə havaya atəş açıb.

Hadisə yerinə dərhal cəlb olunan polis əməkdaşları tərəfindən həyata keçirilən operativ-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs "isti izlərlə" elə bankın daxilində - hadisə yerindəcə şübhəli şəxs qismində tərksilah edilərək həbs olunub. Atəş nəticəsində xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan ov tüfəngini maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (Quldurluq) maddəsi ilə istintaq aparılır. Bu maddə cinayəti törədən şəxs üçün 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.