Yaşayış binasından sakinlər çıxarılır - Qarşıdurma yaranıb

Jul 24, 2025 - 12:58
 0  55
Yaşayış binasından sakinlər çıxarılır - Qarşıdurma yaranıb
: :
playing

Tbilisinin Tvalçrelidze küçəsində yerləşən yaşayış binasından sakinlərin məcburi köçürülməsi həyata keçirilir.

 Gürcüstanın İcra Bürosunun əməkdaşları və patrul polisi cəlb olunub.

Polisin əraziyə gəlməsi sakinlərin etirazına səbəb olub – hadisə yerində bir neçə dəfə gərginlik və yüksək səslə qarşıdurmalar yaşanıb. Sakinlərdən biri binanın damına çıxaraq bildirib ki, əgər köçürmə prosesi dayandırılmasa, özünü damdan atacaq.

“Ya bunlar gedəcək, ya da mən buradan. Özümü buradan atacağam”, – deyə o bəyan edib.

Məlumata görə, binada hazırda 150-dən çox ailə yaşayır. Sakinlərin dediyinə görə, bina özəl mülkiyyətdədir və sahibinin iddiasına əsasən, tikili qəzalı vəziyyətdədir və boşaldılmalıdır.

Bina sakinləri bildirirlər ki, təxminən 400 ailəyə heç bir alternativ yaşayış sahəsi təklif olunmayıb. Onların sözlərinə görə, dəfələrlə dövlət qurumlarının nümayəndələri ilə görüşmək istəyiblər, lakin bu vaxta qədər onlarla heç bir dövlət rəsmisi əlaqə saxlamayıb.

mənbə: interpress