"Okros Kidobani"da əslində nə baş verib və təhlükəsizlik sistemi niyə işləməyib?
Sadquris Moedani yaxınlığında yerləşən "Qızıl Sandıq" (Okros Kidobani) ticarət mərkəzində baş verən yanğınla bağlı suallar hələ də cavabsız qalır. Tacirlər və sahibkarlar yanğının təsadüfi texniki nasazlıq nəticəsində baş verdiyini, yoxsa başqa amillərlə bağlı olduğunu aydınlaşdırmağa çalışırlar.
Xeber.ge xeber verir ki,
Alov əvvəlcə üçüncü mərtəbədə yerləşən kafeteriyada başlayıb, daha sonra isə parça mağazasına keçib. Səhər saatlarından etibarən yanğın baş vermiş ərazidə kriminalist ekspertlər işləyir; onlar yanğının dəqiq səbəbini müəyyən etməlidirlər.
Hazırda dəymiş ziyanın dəqiq məbləği məlum deyil. Lakin fakt budur ki, bu, Sadquris Moedani ətrafındakı ticarət obyektlərində baş verən ilk yanğın hadisəsi deyil və bu, təhlükəsizlik standartları ilə bağlı əlavə şübhələrə yol açır.