Kavelaşvili Gürcüstanın Aİ-yə üzvlüyünün şərtini açıqlayıb

Oct 30, 2025 - 10:48
Oct 30, 2025 - 10:49
 0  19
Kavelaşvili Gürcüstanın Aİ-yə üzvlüyünün şərtini açıqlayıb

“Bizim Avropa İttifaqının üzvü, Avropanın bir hissəsi olmaq istəyimiz var, lakin bu, bizim əsrlərdir müdafiə etdiyimiz dəyərlərlə olmalıdır. Biz milli maraqlarımızın tam şəkildə qorunmasını istəyirik”.

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Acarıstan” televiziya kanalına müsahibəsində deyib.

O, Gürcüstanın Aİ-yə qoşulmaq prosesinin bu gün başlamadığını qeyd edib.

“Avropanın bir hissəsi olmaq bizim əcdadlarımızın arzusudur, bir çox nəsillər bunu arzulayıb və ölkəmiz Avropanın tamhüquqlu üzvü olmaq üçün çoxlu fırtınalardan keçib. Bu proses dayandırılmır, lakin biz əsrlər boyu bir çox çağırışlarla üzləşmişik və kifayət qədər təcrübə toplamışıq ki, preventiv hərəkət edək və hər zaman identikliyimizi əsas prioritet kimi qoruyub saxlayaq”, - Kavelaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb.

mənbə: apa