Ukraynada daha bir gürcü döyüşçü həlak olub

Ukraynada gürcü könüllülərdən biri – 23 yaşlı Valeri Badzağua döyüşlərdə həyatını itirib.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Çxalenjxaya (Tsalenjixa) bələdiyyə sədrinin müavini Tamar Belqania bildirib ki, Valeri Badzağua doğma şəhərində, Çxalenjxada, hərbi mərasimlə dəfn olunacaq.
“Daha bir çxalenjxalı, Cqale kəndindən olan 23 yaşlı Valeri Badzağua Ukrayna tarixində qəhrəman kimi qalacaq! O, Rusiyalı şərə qarşı vuruşmuş döyüşçü kimi Çxalenjxada hərbi ritualla dəfn ediləcək,” – deyə Belqania “Facebook” paylaşımında yazıb.
mənbə: interpress