“Mtavari Arxi” televiziya kanalı canlı yayımları dayandırdı

Feb 15, 2025 - 14:58
 0  25
“Mtavari Arxi” televiziya kanalı canlı yayımları dayandırdı

"Mtavari Arxi” televiziya kanalı bütün canlı yayımlarını dayandırdığını elan edib.

Kanalın verdiyi rəsmi açıqlamaya görə, bu qərarın səbəbi kanalın həmtəsisçisi Zaza Okuashvilinin süni şəkildə yaratdığı maliyyə böhranıdır.

 “Zaza Okuashvilinin süni maliyyə böhranı səbəbindən bu mərhələdə bütün canlı yayımlar dayandırılıb. Canlı yayımlar gündəlik əlavə xərclər tələb etdiyindən, televiziya gündəlik əməliyyatlar üçün vəsaitsiz qalıb”, - deyə bəyanatda bildirilir.

Dayandırılan proqramlar:
    •    Xəbər buraxılışları
    •    Xüsusi yayımlar
    •    “Post-Factum”
    •    “Mtavari Şənbə günü”
    •    “Günün Qonağı”
    •    “Fərqli Aksentlər”
    •    “Gecənin Mtavarisi”
    •    “Sənin Səhərin”
    •    “Sənin Günorta Saatın”
    •    “Sənin Gecən”
    •    “Ədəbiyyat Üçbucağı”
    •    “Mtavari Dünyada”

Hazırda kanalın efirində yalnız əvvəlcədən yazılmış verilişlər, köhnə proqramların təkrarı, seriallar və filmlər yayımlanır.

“Mtavari Arxi” alternativ maliyyə mənbələri axtardığını və tam yayımların bərpası üzərində çalışdığını bildirib.

"Əsas olan sizsiniz!” - deyə televiziya kanalı tamaşaçılarına müraciət edib.

mənbə: interpress