Gürcüstanda yüz mindən çox insan sosial müavinətdən məhrum edildi

Aug 11, 2026 - 22:03
 0  14
Gürcüstanda yüz mindən çox insan sosial müavinətdən məhrum edildi

İyul ayında 7 235 vətəndaş sosial müavinət hüququnu itirib. Yanvar ayından iyula qədər isə artıq 133 324 nəfərin sosial yardımı kəsilib.

XEBER.GE xeber  verir ki, bu, Sosial Xidmətlər Agentliyinin rəsmi statistikasıdır.

Statistikaya əsasən, artıq dövlətin müavinətinə ehtiyacı olmadığı bildirilən insanlar hansı ağır şəraitdə elemental yardımdan məhrum olduqlarını özləri danışırlar.

Səhiyyə naziri iddia edir ki, sosial müavinətin təyin olunması və ya ləğv edilməsi taleyini xallar həll edir. Mixeil Sarjveladze vətəndaşlara məsləhət görür ki, əgər narazılıqları varsa, şikayət ərizəsi yazsınlar.

Nazirin bəyanatından o da bəlli olub ki, son aylarda təxminən 70 min ailə yoxlanılıb, bundan sonra 39 min ailənin yardımı kəsilib. Yəni yoxlanılanların yarısından çoxu müavinətini itirib.