Gürcüstanda yeni qayda: Arxa oturacaqda da kəmər bağlamaq məcburi ola bilər
Nəqliyyat vasitələrinin arxa oturacaqlarında da təhlükəsizlik kəmərlərindən istifadə icbari (məcburi) ola bilər.
XEBER.GE xeber verir ki, bu barədə hökumətin avqustun 5-də qəbul etdiyi qərarla təsdiqlənmiş "2026-2030-cu illərin Yol Təhlükəsizliyi üzrə Milli Strateqiyası"nda bəhs edilir.
Sənədə əsasən, müasir yol təhlükəsizliyi kontekstində təhlükəsizlik kəmərlərindən istifadə yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının və ağır xəsarətlərin qarşısının alınmasında əsas alətlərdən biri hesab olunur.
"Tədqiqatlara görə, arxa oturacaqdakı sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi həm həmin sərnişinlərin, həm də ön oturacaqda olan şəxslərin həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu baxımdan, avtomobilin arxa oturacağında təhlükəsizlik kəmərindən istifadənin məcburi qaydasının tətbiqi və onun müvafiq tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir", — deyə hökumət tərəfindən təsdiqlənmiş 2026-2030-cu illərin Yol Təhlükəsizliyi Milli Strateqiyasında qeyd olunub.