Tuşetidə avtomobil dərəyə aşıb: sürücü ölüb
Tuşetidə qəza - bir nəfər ölüb, xəsarət alanlar var
"İnterpresnyus"un məlumatına görə, hadisə gecə saatlarında Omalo kəndində, ziyarətçilər mərkəzinin yaxınlığında baş verib.
XEBER.GE xeber verir ki, nəşr şahidlərinə istinadən yazır ki, içərisində 5 nəfərin olduğu sürətlə hərəkət edən avtomobil yolun hərəkət hissəsindən çıxaraq bir neçə dəfə aşıb - nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.
Onların verdiyi məlumata görə, həmin şəxslər təcili tibbi yardım qrupu tərəfindən Telavi xəstəxanasına aparılıb və onların həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma başlanılıb.