Türkiyədə təqaüddə olan polis antalyada gürcü sevgilisini güllələdi
Türkiyədə təqaüddə olan polis əməkdaşı Hüseyn Durmaz xidməti silahı ilə gürcü sevgilisi Elina Şengünü qətlə yetirib. Bu barədə məlumatı yerli media yayır.
XEBER.GE xeber verir ki, DHA informasiya agentliyinin bildirdiyinə görə, hadisə Antalya aeroportunun 2-ci terminalının avtomobil dayanacağında baş verib.
Medianın məlumatına görə, Elina Şengün ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, iki uşaq anası vəfat edib.
Hüseyn Durmaz polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və Baş İdarəyə aparılıb.
Yerli mətbuatın yazdığına görə, Elina Şengün hava limanında satış məsləhətçisi işləyirdi və iki il ərzində Hüseyn Durmazla münasibətdə olub. Məlum olur ki, saxlanılan kişi qadını daim təhdid edirmiş.