Türkiyə və Azərbaycan artır, Gürcüstan isə azalır

Apr 8, 2026 - 11:37
 0  7
Türkiyə və Azərbaycan artır, Gürcüstan isə azalır

Gürcüstan, 2000–2025-ci illər arasında əhalisinin ən çox azaldığı ölkələr arasında 13-cü yerdədir. Visual Capitalist-in məlumatına görə, Gürcüstanda əhali 10.3% azalıb.

 

Xeber.ge xəbər verir ki, Gürcüstanın qonşu ölkələri arasında son 25 ildə əhali azalması Ermənistan və Rusiyada müşahidə olunub. Ermənistanda azalma 3.3%, Rusiyada isə 0.7% təşkil edir.

 

Qeyd etmək lazımdır ki, regionda əhali ən çox Türkiyədə artıb. Belə ki, son 25 ildə 33.9% artım qeydə alınıb.

 

Yüksək göstərici Azərbaycanda da var — hesabat dövründə əhali 29.1% artıb