Tkibulidə restoranda qanlı dava: DİN əməkdaşı mühafizə polislərini döyüb
Gürcüstanın Tkibuli şəhərindəki restoranlardan birində fiziki qarşıdurma baş verib. Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları mühafizə polisi əməkdaşlarına qarşı zorakılıq törədiblər.
Xeber.ge xəbər verir ki,
Onlar eyni restoranda olan DİN-in Mühafizə Polisi Departamentinin iki əməkdaşını və yanlarındakı şəxsi təhqir edərək onlara fiziki xəsarət yetiriblər.
Faktla bağlı istintaq başladılıb, hadisənin bütün təfərrüatları araşdırılır.