Telegramda azyaşlıların pornografiyasını yayan şəxsə 10 il həbs cəzası
Tbilisi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim edilmiş sübutları qəbul edərək, azyaşlının təsvirlərini əks etdirən pornografik materialın alınması, saxlanılması və yayılması faktı üzrə təqsirləndiriləni təqsirli bilib və cəza növü kimi 10 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
XEBER.GE xeber verir ki, məlumatı Prokurorluq yayıb.
Məhkəmə prosesində araşdırılan sübutlar əsasında təsdiqlənib ki, təqsirləndirilən şəxs sosial şəbəkə “Telegram”da müxtəlif şəxslərdən azyaşlının təsvirlərini əks etdirən pornografik məzmunlu foto və video materiallar alır, saxlayır və yaymaq məqsədilə “Telegram” qrupunun üzvlərinə göndərirdi.
Təqsirləndirilənə Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin üçüncü və dördüncü hissələri ilə ittiham irəli sürülüb (əvvəlcədən bilərək azyaşlının təsvirlərini əks etdirən pornografik materialın alınması, saxlanılması və yayılması).