Tbilisiyə giriş bağlandı – torpaq sürüşməsi- Video

Jul 7, 2026 - 23:15
 0  18

Tbilisinin girişində, magistral yolda güclü yağış nəticəsində kanyonun yamacı uçub.

XEBER.GE xeber  verir ki, sosial şəbəkədə yayılan videolarda görünür ki, hadisə yerində polis patrul xidməti keçirir və avtomobillərin hərəkətini tənzimləməyə çalışır.

Xatırladaq ki, leysan yağış Tbilisidə ciddi problemlər yaradıb: bir çox küçələr su altında qalıb, həmçinin Tbilisi Beynəlxalq Aeroportu müvəqqəti olaraq işini dayandırıb.