Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda zəlzələ qeydə alınıb.
XEBER.GE xəbər verir ki, Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 07:35-də Oni bələdiyyəsində, Oni şəhərindən 9 kilometr cənub-şərqdə, İrişi kəndi yaxınlığında 3,2 maqnitudalı zəlzələ baş verib.
Hazırda zəlzələnin fəsadları barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.