Tbilisidə polis əməkdaşı itə atəş açıb

Tbilisinin Sanzona ərazisində, Quramişvili prospektində insident baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, bir it uşağa hürüb, bundan sonra, ehtimal olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı ona odlu silahdan atəş açıb.
Yerli sakinlərin bildirdiyinə görə, onlar polis əməkdaşından soruşublar ki, niyə iti güllələyib və niyə başqa bir üsulla onu qorxutmayıb. Cavab olaraq polis əməkdaşı bildirib ki, bu addımı ictimai təhlükəsizliyin qorunması məqsədilə atıb.
Hadisə yerinə patrul polisi cəlb olunub. Yaralanmış it baytarlıq klinikasına aparılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, nazirliyin əməkdaşı azyaşlı övladları ilə birlikdə Quramişvili prospektində hərəkət edərkən it onun 6 yaşlı oğluna qarşı aqressiya göstərib.
“Polis mayoru iti uzaqlaşdırmağa çalışıb və məcbur qalıb onu zəruri müdafiə çərçivəsində xidməti silahdan atəş açmaqla dəf etsin. İt baytarlıq klinikasına aparılıb. Faktla bağlı müvafiq reaksiya aktı tərtib olunub və araşdırma aparılır”, – deyə DİN-dən bildirilib
mənbə: Interpress