Tbilisidə polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb - VİDEO
Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.
Eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.
Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.
mənbə: apa