Anaklia limanının inkişafı əsas prioritetlərdən biridir, danışıqlar fəal aparılacaq

"Anaklia limanının inkişafı əsas prioritetlərdən biridir, danışıqlar fəal aparılacaq, lakin dəqiqləşdirilməli olan bir çox detallar var".
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, bu mərhələdə altı əsas məsələ fəal şəkildə müzakirə olunur.
"Biz portları bir-birindən seçmirik. Anaklianın inkişafı əsas prioritetlərdən biridir. Danışıqlar fəal aparılacaq, lakin dəqiqləşdirilməli olan bir çox detallar var. Bu mərhələdə aktiv şəkildə müzakirə olunan altı əsas məsələ var. Bütün məsələlərdə razılığa gələndən sonra yekun saziş imzalanacaq. Poti limanı ilə bağlı bütün təşəbbüslər üzrə əməkdaşlığa hazırıq", - baş nazir bildirib.
mənbə: Intrepress.ge