Tbilisidə narkotik cinayətinə görə 5 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis İdarəsinin Didube-Çuğureti, İsani-Samqori, Vake-Saburtalo və Abxaziya Muxtar Respublikası Baş İdarələrinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayəti ilə əlaqədar 5 nəfər saxlanılıb.
Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanması, satışa hazırlıq və satış cəhdində, marixuananın əldə edilməsi, saxlanması, satışa hazırlıq və satış cəhdində, eləcə də narkotik maddə tərkibli bitkilərin qanunsuz becərilməsi faktı üzrə saxlanılanlar bunlardır: 2007-ci il təvəllüdlü G.D., 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı M.P., Rusiya Federasiyası vətəndaşları – 1989-cu il təvəllüdlü S.D. və 1995-ci il təvəllüdlü A.S., və əvvəllər məhkum olunmuş, hazırda isə şərti cəza altında olan 1996-cı il təvəllüdlü M.X.
Hakimin qərarına əsasən, polis nəzarət altında narkotik alışı həyata keçirib və bu alışları gizli şəkildə audio və videoya çəkib.
Təqsirləndirilən şəxslərin üzərində və yaşayış yerlərində aparılmış axtarışlar, həmçinin istintaq təcrübələri nəticəsində onların göstərdiyi ünvanlardan maddi sübut kimi satış məqsədi ilə yerləşdirilmiş narkotik maddələr – metadon, heroin, kanabi bitkisi və marixuana götürülüb.
İstintaq tədbirləri zamanı, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar – elektron tərəzilər, yapışqan lentlər və polietilen torbalar da aşkarlanaraq götürülüb,” – deyə DİN-in yaydığı məlumatda qeyd olunur.
mənbə: marneulifm