Qanunsuz odlu silah və döyüş sursatı müsadirə edilib

Jun 23, 2025 - 13:23
 0  16
Qanunsuz odlu silah və döyüş sursatı müsadirə edilib

Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Tbilisi, Şida Kartli, Sameqrelo-Zemo Svaneti və İmereti polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı aşkarlanaraq götürülüb. Əməliyyat zamanı 7 nəfər saxlanılıb.

“Müxtəlif tipli odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması faktları üzrə aşağıdakı şəxslər saxlanılıb: 1963-cü il təvəllüdlü Z.Z., 1973-cü il təvəllüdlü Z.Ç., 1982-ci il təvəllüdlü R.K., 1988-ci il təvəllüdlü R.Ş., 1967-ci il təvəllüdlü M.T. və əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü F.B. və 1972-ci il təvəllüdlü N.Ç.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı müxtəlif növ odlu silah, döyüş sursatı – tapançalar, revolverlər, ov tüfəngi, daraqlar, güllələr, eləcə də narkotik vasitələr maddi sübut kimi götürülüb,” – deyə nazirliyin yaydığı məlumatda bildirilir.

mənbə: marneulifm