Ukraynada gürcü döyüşçü Vano Nadiradze vəfat edib

Bu günlərdə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin gürcü qrupunun rəhbəri, gürcü döyüşçüsü, polkovnik-leytenant Vano Nadiradzenin Ukraynada infarktdan öldüyü barədə məlumat yayılıb. O, Gürcüstan vətəndaşıdır.
Bu barədə sosial şəbəkə “Facebook”da Ukraynada döyüşən gürcülər məlumat paylaşıblar.
Vano Nadiradzenin döyüş yoldaşlarından biri “Facebook”da paylaşdığı videoda bildirir ki, Vano ondan təxminən 19 kilometr məsafədə olub və ona öz yerləşmə məlumatını göndərərək kömək istəyib.
Döyüş yoldaşları dərhal təcili yardım çağırıblar, lakin həkimlər hadisə yerinə çatdığıqları zamanı Vano Nadiradzeyə artıq dünyasını dəyişibmiş.
Ukraynada olan gürcü döyüşçülər Vano Nadiradzenin ailəsinə başsağlığı verirlər.
mənbə: marneulifm