Tbilisidə mübahisə zəminində bıçaqlama baş verib, bir nəfər saxlanılıb

Sep 24, 2025 - 13:30
 0  10
Tbilisidə mübahisə zəminində bıçaqlama baş verib, bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş D.D. isti izlərlə saxlanılıb. O, qəsdən yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur.

İstintaq materiallarına əsasən, mübahisə zəminində D.D. 1997-ci il təvəllüdlü L.D.-ni soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Polis aparılan istintaq tədbirləri nəticəsində şübhəlini isti izlərlə saxlayıb. Cinayətin törədilməsində istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.


Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə istintaq aparılır.

mənbə: marneulifm