Miqrasiya Departamenti Gürcüstandan 20 nəfər xarici ölkə vətəndaşını deportasiya edib

Sep 24, 2025 - 13:27
 0  8
Miqrasiya Departamenti Gürcüstandan 20 nəfər xarici ölkə vətəndaşını deportasiya edib

Miqrasiya Departamenti Gürcüstandan 20 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, “son günlərdə həyata keçirilən kompleks tədbirlər” nəticəsində Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tayland vətəndaşları — ümumilikdə 20 nəfər ölkidən çıxarılıb.

“Qanunvericiliyə uyğun olaraq, qovulmuş şəxslər üçün ölkəyə giriş qadağan edilib,” — deyə nazirlik xəbər verir.

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır.


“Departamentin səlahiyyətlərinə Gürcüstanda hüquqi əsas olmadan qalan xarici vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılması daxildir,” — nazirlikdən bildirilir.

mənbə: marneulifm