Tbilisidə Kür çayında batan sərnişinin meyiti 10 günlük axtarışlardan sonra tapıldı

10 günlük axtarışlardan sonra Kür çayına düşən avtomobildə olan digər sərnişin Giorgi Şamuqiyanın meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Xidmətindən bildirilib.
Qeyd edək ki, hadisə mayın 14-də baş verib.Yol-nəqliyyat hadisəsi nəticəsində içərisində 4 nəfərin olduğu avtomobil çaya düşüb və yalnız bir nəfər avtomobildən sağ çıxa bilib.
mənbə: interpress