TikTok-dan istifadə edərək azyaşlıya cinsi istismar edən şəxs saxlanılıb

May 24, 2025 - 21:36
 0  33
TikTok-dan istifadə edərək azyaşlıya cinsi istismar edən şəxs saxlanılıb
: :
playing

TikTok-dan istifadə edərək azyaşlıya cinsi istismar edən pedofil saxlanılıb.

Bu barədə "Sapari" məlumat yayıb.

Uşağın anası təşkilatla əlaqə saxlayıb.

"Uşaqla görüşdükdən sonra seksual xarakterli cinayətin, konkret olaraq azğın əməlin baş verdiyi aşkarlanıb və dəqiqləşdirilib. Yetkin şəxs yetkinlik yaşına çatmayan, 14 yaşına çatmamış uşağa özünü yaşıdı kimi təqdim edib. Onun etibarını qazanıb və intim foto və videolar tələb edib. Özü də intim foto və videolar göndərib və müxtəlif hərəkətlərə məcbur edib - “Sapari”dən bildiriblər.

Şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib, nəticədə həmin şəxsin yetkin olması müəyyən edilib. Təşkilat bildirir ki, sözügedən şəxsin başqa azyaşlı qurbanlarının da olması mümkündür.

Pedofiliyada ittiham olunan şəxs saxlanılıb. Mayın 21-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Kişini 8 ildən 12 ilə qədər həbs gözləyir.

mənbə: interpress