Tbilisidə fəaliyyət göstərən şaurma evində ət məhsulunda salmonella bakteriyası aşkarlanıb

Jun 19, 2025 - 20:22
 0  32
Tbilisidə fəaliyyət göstərən şaurma evində ət məhsulunda salmonella bakteriyası aşkarlanıb

Qida Təhlükəsizliyi Milli Agentliyi şaurma məhsulunda salmonella bakteriyasının aşkar olunması səbəbindən “Street Food 125” adlı müəssisənin istehsal prosesini dayandırıb.

Agentliyin məlumatına görə, Tbilisi Şəhər Xidmətinin yoxlama qrupu “Street Food 125”də (ünvan: Tbilisi, Mtqvari küç. N1, VÖEN 405641907) dövlət nəzarət tədbiri həyata keçirib.

Yoxlama zamanı inspektorlar salmonella analizləri üçün 5 nümunə götürərək akkreditə olunmuş laboratoriyada yoxlama aparılıb. Bütün nümunələrdə patogen mikroorqanizm — salmonella (SALMONELLA) aşkarlanıb.

Bunun nəticəsində müəssisədə planlaşdırılmamış yoxlama aparılıb və ciddi uyğunsuzluqlar müəyyən olunub. Mövcud qanunvericiliyə əsasən, obyekt cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal fəaliyyəti dayandırılıb.

Agentlik həmçinin bildirir ki, “Street Food 125”i ətlə təmin edən şirkət müəyyən edilib. Hazırda həmin şirkətdən götürülmüş donuz əti nümunələri salmonella testindən keçirilir və nəticələr ictimaiyyətə təqdim olunacaq.

mənbə: marneulifm