İran İsrailin Beer-Şeva şəhərini vurdu-VİDEO

Jun 20, 2025 - 09:58
 0  15

İran Silahlı Qüvvələri İsrail ərazisinə bu gün səhər saatlarında raket hücumu həyata keçirib.

Xeber.ge xəbər verir ki, İranın raket hücumu nəticəsində Beer-Şevada azı 30 nəfər xəsarət alıb.

Bildirilib ki, hazırda hadisə yerində xilasedicilər işləyirlər. Yaşayış binaları və maşınlara ziyan dəyib.

Eyni zamanda qeyd olunub ki, şəhər şimal istiqamətində yerləşən vağzal da bağlanıb.

mənbə: baku.ws