Bu gün Tbilisidə Alulbeyt Dini Mədəniyyət Mərkəzinin tədbir zalında Kərbəlanın xanım qəhrəmanı, İslam peyğəmbərinin (s) əziz nəvəsi Hz. Zeynəbi-Kubranın (ə) mübarək mövlud gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin “Müsəlman Qadınlar İcmasının” təşkilatçılığı ilə keçirilən tədbir ənənəvi olaraq icmanın üzvü Hafizə Hüseynovanın Qurani-Kərimdən oxuduğu mübarək ayələrlə açıq elan edildi. Tədbirin davamında aparıcı Ayşən Nəbiyeva çıxış üçün sözü "Müsəlman Qadınlar İcmasının" üzvlərinə verdi.
Tədbirdə Xanım Zeynəbin (ə) həyatı və fəzilətləri haqqında Səbinə Rzayevanın, "Xanım Zeynəbin (ə) timsalında düzgün tərbiyə metodu" mövzusunda Esmira Nəsibovanın, "Xanım Zeynəb (ə) sağlam psixologiya nümunəsi" mövzusunda Naidə Hacıyevanın çıxışları və eləcə də Gülşən Nemətova və Minarə Nəbiyevanın bayram təbriklər dinlənildi.
Məclis fərəc duası və ehsan süfrəsi ilə sona çatdı.