Tbilisidəki qətlin üstü "isti izlərlə" açılıb – Bir nəfər saxlanılıb

May 8, 2026 - 16:47
 0  59
Tbilisidəki qətlin üstü "isti izlərlə" açılıb – Bir nəfər saxlanılıb

Saburtalo rayonunda (Şartava küçəsi) baş vermiş səs-küylü qətl hadisəsi ilə bağlı əməliyyat keçirib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən yaxalanıb.

 Xeber.ge "İnterpressnews" agentliyinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi qətldə ittiham olunan şəxsin "isti izlərlə" saxlanıldığını təsdiqləyib.

   İlkin məlumatlara görə, gənc oğlanın qətli soyuq silah tətbiq edilməklə törədilib.

  Hazırda saxlanılan şəxslə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Hadisənin başvermə səbəbləri və tərəflər arasındakı münasibət araşdırılır.

 Cinayətin baş verdiyi ərazidə ekspert-kriminalistlər işlərini yekunlaşdırmaq üzrədir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsi ağır həbs cəzası gözləyir.