Tbilisidə yeniyetmələr taksi sürücüsünü soyublar: biri saxlanılıb
Tbilisi yeniyetmələr taksi sürücüsünə hücum edərək pulunu soyublar
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, İsan-Samqori Baş İdarəsinin əməkdaşları qrup halında törədilmiş quldurluq ittihamı ilə bir yeniyetməni saxlayıb, daha bir yeniyetməni isə ifşa ediblər.
Aparılan istintaqla müəyyən edilib ki, yeniyetmələr taksi sürücüsünü həyatına qəsd etməklə hədələyiblər, pul tələb etdikdən sonra isə hadisə yerindən qaçıblar.
Polis "isti izlər"lə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən yeniyetmələrdən birini təqsirləndlənən şəxs qismində saxlayıb, digər yeniyetməyə qarşı isə qanunla müəyyən edilmiş tədbirlər görülür.
İstintaq Cinayət Məcəlləsinin 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 179-cu maddəsi ilə aparılır.