Tbilisidə Universitet Klinikasının binasından yıxılan qadın dünyasını dəyişdi
Tbilisidə yerləşən Universitet Klinikasında faciəvi hadisə baş verib. Əldə olunan ilkin məlumatlara görə, bir qadın klinikanın binasından yıxılaraq həyatını itirib.
XEBER.GE xəbər verir ki, hadisə yerinə dərhal çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda klinikanın ərazisində intensiv istintaq və kriminalistik tədbirlər həyata keçirilir. Hadisənin baş verdiyi perimetr polis tərəfindən sarı lentlərlə əhatəyə alınıb və kənar şəxslərin əraziyə girişi məhdudlaşdırılıb.
"TV Pirveli" kanalının çəkiliş qrupu da hazırda Universitet Klinikasının qarısındadır və hadisənin dəqiq səbəblərini, o cümlədən dünyasını dəyişən qadının kimliyini (bədbəxt hadisə, yoxsa intihar olması variantlarını) araşdırır.
Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı rəsmi bəyanatın veriləcəyi gözlənilir.