Tbilisidə Rusiya vətəndaşı Barataşvili küçəsində öldürüldü-VİDEO
Tbilisidə qətl — "TVPirveli"nin məlumatına görə, Rusiya vətəndaşı öldürülüb.
XEBER.GE xeber verir ki, dəhşətli qisas alma hadisəsi bir neçə saat əvvəl Barataşvili küçəsində baş verib, hazırda da orada ekspert-kriminalistlər işləyirlər.
"TVPirveli"yə verilən məlumata görə, qətlə yetirilən şəxs Gürcüstana iki gün əvvəl gəlibmiş — Rusiya vətəndaşının sərhədi keçməsi avqustun 26-da qeydə alınıb.
"Gənc kişi öldürülüb, Gürcüstan vətəndaşı deyil, bildiyimizə görə 2 gün əvvəl Rusiya sərhədini keçib. Deyirlər ki, münaqişə 'Spar' mağazasında başlayıb və bundan sonra kameralara əsasən Barataşvili istiqamətində gəliblər. Burada heç bir kamera işləmir və nəyin, hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb. Mən də buradaca yaşayıram, lakin davam-münaqişə səsi gəlmədi. Yəqin 40 yaşadək olar", — deyə sakin bildirir.
"TVPirveli"yə verilən məlumata əsasən, ehtimal olunan cinayətkar qaçıb.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi üzrə aparılır.