Tbilisidə, İsanidə bir nəfərin saxlanılması ilə bağlı DİN açıqlama verib
Tbilisinin İsanidə rayonunda polis əməkdaşları bir nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, saxlanılan şəxs Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham olunur.
Saxlanma anını əks etdirən videogörüntülər hadisədən əvvəl sosial şəbəkələrdə yayılıb. Kadrlarda vətəndaşın sivil polis əməkdaşları tərəfindən avtomobilə mindirilərək aparıldığı görünür.
mənbə: interpress