Tbilisidə hökumət binaları yaxınlığında xüsusi təyinatlılar toplanıb

Oct 26, 2024 - 21:43
 0  26
Tbilisidə hökumət binaları yaxınlığında xüsusi təyinatlılar toplanıb

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə parlamentin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Hökumət Evinin binalarının yerləşdiyi ərazilərə xüsusi təyinatlıları səfərbər edib.

Bu barədə Gürcüstanın "TV Pirveli" telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda parlament qarşısında vəziyyət sakitdir. Həmişə olduğu kimi orada da bir neçə polis dəstəsi növbə çəkir. Parlamentə bitişik qonşu küçələrdə də vəziyyət sakitdir.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkisi keçirilir. Seçkidə 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" iştirak edir. Parlamentə daxil olmaq üçün partiyalar beş faizlik həddi keçməlidir.

mənbə: oxu