Tbilisidə fiziki qarşıdurma: xəsarət alanlar var, bir nəfər saxlanılıb
Tbilisidə baş verən fiziki qarşıdurma faktı ilə bağlı bir nəfər saxlanılıb.
Xeber.ge xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs və onun dostları ilə 1976-cı il təvəllüdlü Q.C. və 1973-cü il təvəllüdlü M.C. adlı qardaşlar arasında şifahi münaqişə yaranıb. Sözügedən mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib. Hadisədən sonra davanın iştirakçıları ərazini tərk ediblər.
Hadisə nəticəsində döyülən və xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə istintaq aparılır. Bu maddə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.