Tbilisidə dəhşətli cinayət: 64 yaşlı baba nəvələrinə təcavüz etdiyi üçün saxlanıldı
Gürcüstanın paytaxtı Tbilisi şəhərində azyaşlılara qarşı cinsi zorakılıq faktı üzrə bir nəfər saxlanılıb. Saxlanılan şəxs ağır cinayət əməllərində ittiham olunur.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müəyyən müddət ərzində öz həyat yoldaşının azyaşlı nəvələrinə qarşı sistemli şəkildə təcavüz edib və digər cinsi xarakterli zorakılıq hərəkətləri həyata keçirib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Z.A. məhkəmənin qərarı əsasında şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci (Təcavüz) və 138-ci (Cinsi xarakterli digər məcburi hərəkətlər) maddələri ilə cinayət işi başlanılıb. Sözügedən maddələr üzrə təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.