Gürcüstanda ibtidai sinif şagirdləri üçün vahid məktəbli formaları tətbiq edilir
Gürcüstanın Elm və Təhsil Nazirliyi 2026–2027-ci tədris ili üçün I-VI sinif şagirdlərinin geyinəcəyi vahid məktəbli formalarının dizaynını və satınalma şərtlərini açıqlayıb. Nazirliyin tabeliyindəki “Təhsil Resursları” MMC artıq bu istiqamətdə bazar araşdırmalarına başlayıb.
Xeber.ge xəbər verir ki,
Tender sənədlərinə əsasən, nazirlik tərəfindən sifariş edilən geyimlərin siyahısı və miqdarı aşağıdakı kimidir:
- Pencək: 292 000 ədəd (qızlar üçün) və 308 000 ədəd (oğlanlar üçün);
- Şalvar: 438 000 ədəd (qızlar üçün) və 616 000 ədəd (oğlanlar üçün);
- Ətək (yubka): 146 000 ədəd (dizə qədər) və 1 000 ədəd (uzun).
“Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 2026-2027-ci tədris ilindən etibarən ibtidai təhsil pilləsində (I-VI siniflərdə) vahid məktəbli formasının daşınması məcburi olacaq. Geyimlərin vahid nümunəsi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, bu qərar təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və sosial bərabərliyin təmin edilməsi məqsədilə qəbul olunub.